Saat:14:52
Haqqımızda

Zavoddan havaya buraxılan tüstü ilə bağlı - SOCAR-dan AÇIQLAMA

2021-09-22 14:50:00

Zavoddan havaya buraxılan tüstü ilə bağlı - SOCAR-dan AÇIQLAMA

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodundan havaya tüstü buraxılması ilə bağlı görüntülər yayılıb. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı jurnalist İlkin Muradov sosial şəbəkə hesabında paylaşım edib. Videodan da aydın olur ki, səhər saatlarında zavoddan alov və qatı tüstü atmosferə yayılır. 

Yayılmış görüntülərlə bağlı SOCAR-a müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov “Qafqazinfo”ya bildirdi ki, videoda görünən hadisə bu gün saat 07.40-da baş verib: “Zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazlar məşəl lüləsinə buraxılıb yandırılmalıdır. Saat 08:30 radələrində isə qurğuda artıq normal iş fəaliyyəti bərpa edilib. Məşəldə qazların yandırılması davamlı bir hal deyil. Bu tədbir yalnız zərurət qarşısında, çox nadir hallarda həyata keçirilir və daha böyük fəsadlara yol verilməməsi üçün nəzərdə tutulur”.  

İ. Əhmədov əlavə edib ki, hazırda Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya layihəsi nəticəsində köhnə qurğular yeniləri ilə əvəzlənməkdədir: “Bu proses irəlilədikcə məşəldə qazların yandırılmasına səbəb ola biləcək zərurət hallarının başvermə ehtimalı da tədricən azaldılacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR