Saat:18:27
Haqqımızda

"Zavod məni aldatdı, 3 ton PAMBIQ SAHƏDƏ MƏHV OLUR" - SAHİBKAR FƏRYAD EDİR

2024-10-07 13:48:41

Sabirabadda fermer-sahibkarlar mətin durumla üz-üzə qalıb və bu da onların müflisləşməsinə gətirib çıxara bilər.

Hurriyyet.az xəbər verir ki, hər halda, dövlətin gərəkən dəstək xarakterli müdaxiləsi olmazsa, hazırki durumdan da acınacaqlı situasiya yarana bilər.

Dia-az.Media-nın məlumatına görə, Sabrabad rayonunun Şəhriyar kənd sakini İmaməddin Ağayev bildirir ki, Sabrabad MKT ilə müqavilə bağlayaraq pambıq əkib. Şikayətçi deyir ki, min bir əziyyətlə əkib-becərdiyi pambıq sahədə tələf olur.

Buna səbəbsə yerli məmurlardır. Onun əlində müqaviləsinin olmasına baxmayaraq Sabrabad MKT pambığı sahədən yığmır.

İmaməddin Ağayev deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, kimsə onun müraciətinə baxmır.

Çarəsiz qalan vətəndaş 3 ton pambığın sahədə məhv olmaması üçün adiyyatı qrumlardan kömək istəyir.

"Zavod məni aldatdı, 3 ton PAMBIQ SAHƏDƏ MƏHV OLUR" deyə haray çəkən sahibkar eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən də mədət umur...

Dia-az.Media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213083