Zaurun verilişinin yayımı dayandırıldı
2024-01-25 20:09:41
![Zaurun verilişinin yayımı dayandırıldı](/frontend/uploads/files_son/zaur_baxseliyev.jpg)
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
Hurriyyet.Az bildirir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.
Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.
![](/frontend/uploads/files_son/QAZ12.jpg)