Saat:05:57
Haqqımızda

“Zaur Mirzəyevə qarşı cinayət işi açılmalıdır” – İntim videosu yayılan FHN əməkdaşı həbs oluna bilər

2022-08-16 22:33:00

“Zaur Mirzəyevə qarşı cinayət işi açılmalıdır” – İntim videosu yayılan FHN əməkdaşı həbs oluna bilər

“Bu şəxs dövlət müəssisəsində, ona həvalə edilən iş otağında əxlaqsızlıqla məşğul olub. Bu, birmənalı olaraq həmin şəxsin vəzifəsindən kənarlaşdırılmasına əsas yaradır”.

Bu fikirləri FHN əməkdaşlarının iş otağında çəkilən intim görüntülərlə bağlı Konkret.az-a açıqlama verən AĞ Partiya sədri Tural Abbaslı səsləndirib. O bildirib ki, işdən kənar yerlərdə görüşmək şəxsi və ailə-məişət məsələsidir. Lakin hərbiləşdirilmiş bir dövlət qurumunda belə bir əxlaqsız halın yaşanması yolverilməzdir və həmin şəxs bir dəqiqə də tutduğu vəzifədə qala bilməzdi: “Digər bir məsələ isə odur ki, bu şəxs videoları özü çəkib. Buna görə də, artıq iki istiqamətdə iş aparılmalıdır. Çünki burada söhbət birmənalı olaraq başqasının xəbəri olmadan onun şəxsi məlumatlarının çəkilməsindən və yayılmasından gedir. Ona görə də Zaur Mirzəyevə qarşı cinayət işi açılmalıdır. Digər tərəfdən hesab edirəm ki, DTX ayrı bir istiqamətdə cinayət işi açmalıdır. Çünki ola bilər ki, həmin şəxs əlindəki görüntülərlə qadınları şantaj edib, yaxud bu kadrları hansısa üçüncü tərəfə ötürüb.Yoxsa bir insan niyə öz əməllərini çəksin?. Yüksək rütbəli zabitin özünün qanunsuz əməllərini lenta alması heç bir məntiqə sığmır”.

Tural Abbaslı bu tarixdə evlənir • Faktinfo.az

Tural Abbaslının sözlərinə görə, bu videoların üçüncü tərəfə ötürülməsi və kadrlardakı xanımların daşıdıqları vəzifələrə uyğun şantaj olunması, beləcə dövlət məlumatlarının sızdırılması mümkündür: “Ona görə də, həmin şəxsə qarşı iki istiqamətdə cinayət işi açılmalıdır. Çünki baş verənlərin lentə alınması dövlət təhlükəzisliyi ilə bağlı məsələdir. Yəni “niyə çəkilib və yayılıb?” və ya “qarşı tərəf şantaj olunubmu?” suallarına aydınlıq gətirilməlidir.  Təkrar edirəm, bu hadisə sadə bir nazirlikdə deyil, hərbiləşdirilmiş dövlət qurumunda baş verib. Bu həm də silahlı hərbi birləşmədir və  tərkibində Mülki Müdafiə Qoşunları, Yanğından Mühafizə Xidməti və digər dövlət əhəmiyyətli strukturlar var. Fakt odur ki, burada cinayət əməli var və buna hüquqi qiymət verilməlidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR