Zaur Kamalı hansı cəza gözləyir? - Video

2023-05-27 12:03:00

Zaur Kamalı hansı cəza gözləyir? - Video

Ötən gün tanınmış aparıcı Zaur Kamalın yol hərəkəti qaydasını pozduğu iddia edilən videosu paylaşılıb. 

Yayılan məlumata görə, hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub. 

Bəs, bu qayda pozuntusuna görə Zaur Kamalı hansı cəza gözləyir? 

Yenisabah.az xəbər verir ki, məsələyə nəqliyyat üzrə ekspert Elmmədin Muradlı aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, aparıcı ikinci cərgədə avtomobilini saxlamaqla İnzibati Xətalar Məcəlləsinin tələbini pozub: 

“İnzibatı Xətalar Məcəlləsinə əsasən Zaur Kamal 20 manat cərimələnə bilər”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.236048