Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib

2023-09-09 23:27:09

Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib

"Bakı Metropoliteni" QSC-nin "Bakı Metropoliteni" III Yeni (Bənövşəyi) xəttinə aid “B04” metro stansiyasının tikinti sahəsinə düşən Bakı RQİD-nə məxsus d159 mm–lik, yeraltı orta təzyiqli qaz kəmərlərinin və üzərində olan qaz qurğularının yerinin dəyişilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Hurriyyet.Az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Qaz  Oil Building " MMC olub. Tərəflər arasında 53.305,99 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 5 AZN olan "Qaz Oil Building" MMC-nin qanuni təmsilçisi Akif Əliyev Asif oğludur.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121683