"Zatıqırıq" Zatulin ekoloqlarımızın keçirdiyi aksiyaya "söz atdı"

2022-12-23 13:53:00

Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hər zaman özünü "araqarışdıran" rolunda doğruldub.

Bu dəfə də Zatulin Laçın dəhlizində ekoloqlarımızın keçirdiyi ekoaksiyaya və Azərbaycanın öz torpağına və təbii sərvətinə sahib çıxmaq hərəkatına "qulp qoymaq"la "yuyulmamış çömçə" kimi özünü ortaya atıb. Belə ki, Zatulin öz mövqeyini, "Ermənistanın indiki iqtidarı Qarabağı taleyin ümidinə buraxıb, Azərbaycan isə nəyin bahasına olursa-olsun məsələni tez bir zamanda həll etməyə çalışır, Türkiyə isə bu işdə ona kömək edir" kimi bədnam və təxribatçı cümlələrlə ifadə edib. O bunları “Zaman göstərəcək” verilişinin efirində deyib.
“Bu gün öz doğma torpağında 120 min insan qondarma “ekoloqlar” tərəfindən saxta səbəbdən bağlanmış həyat yolundan asılıdır, kim kürk geyinmiş ekoloq görüb?”, kimi sözlərlə Zatulin təxribatçı fikirlərini ifadə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130701