Zaqatalada yanğın: Əraziyə helikopterlər cəlb olundu - YENİLƏNİB

2022-08-30 17:00:00

Zaqatalada yanğın: Əraziyə helikopterlər cəlb olundu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidmətinin məlumatında qeyd edilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb.

Hurriyyet.az-ın məlumatına görə, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057292