“Zaqafqaziya yaxın perspektivdə tam türkləşəcək” – Satanovskidən XƏBƏRDARLIQ

2023-01-06 23:02:00

“Zaqafqaziya yaxın perspektivdə tam türkləşəcək” – Satanovskidən XƏBƏRDARLIQ

“Ərdoğan əbəs yerə deməyib ki, türklər və azərbaycanlılar “bir millət iki dövlətdir”! Ərdoğanın Türk Dövlətləri Təşkilatı əsasında uğurla qurduğu yeni “Osmanlı Limanı”nda hər şey birləşəcək. İqtisadiyyat, ideologiya, dil, tarix, siyasət və sair. Şuşa müqaviləsindən sonra isə türklər hər yerdədirlər”.

Bu fikirləri ermənipərəst rusiyalı şərqşünas Yevgeni Satanovski səsləndirib:

“Artıq heç bir erməni muxariyyətə, o cümlədən özünüidarəetmə hüququna malik olmayacaq. Qalan ermənilər isə bu gün Türkiyədəki azsaylı erməni və yunanlar kimi türk və türkyönlü hakimiyyətlərə sadiq qalacaqlar. Qarabağ və oradakı ermənilərlə bağlı vəziyyət ona görə mürəkkəbdir ki, Paşinyanın təmsil etdiyi Ermənistan rəhbərliyi Rusiyanı bəyənmir. Vaşinqton və Parisi Moskvadan açıq-aşkar üstün tutur. Bu halda amerikalılar və fransızlar İrəvana siyasi icazə versə, o, Ankaranı üstün tutacaq. Bu, şübhəsiz ki, Qarabağ erməniləri üçün çox kədərlidir” – Satanovski vurğulayıb.

“İndiki Türkiyə Transqafqaz, Qazaxıstan və Orta Asiyanı əhatə edir. Rusiyanı və oradakı rusların mövcudluğunu, onların mədəni irsini aktiv, ardıcıl və effektiv şəkildə sıxışdırıb çıxarıb. Amerika və Avropa Ankaranı güclü şəkildə dəstəkləyir. Burada Rusiya İmperiyası və Sovet İttifaqı dövrünün xəyal ağrıları da mühüm rol oynayır. Ona görə də insanlar Rusiyadan uzaqlaşmaq istəyir. Amma insanlar türk, çin, ingilis və ya amerikan qısqacının rusdan daha ağır olacağını və qamçının daha sərt vuracağını bilmək istəmirlər. Şərqi Avropa, Ukrayna, Moldova və ya Baltikyanı ölkələrin nümunəsi onlar üçün göstərici deyil. Müvafiq olaraq, Zaqafqaziyanın yaxın perspektivi onun tam türkləşdirilməsidir”, – deyə Satanovski fikirlərini tamamlayıb. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135737