Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxdı – DƏHŞƏTLİ İDDİA

2022-08-04 12:17:00

Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxdı – DƏHŞƏTLİ İDDİA

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada Rusiya qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının “nəzarətdən çıxdığını” açıqlayıb.
Hurriyyet.az
-ın xarici mediaya istinadən məlumatına görə, MAQATE-nin prezidenti Rafael Qrossi açıqlamasında "Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxıb. Nüvə təhlükəsizliyinin hər bir prinsipi pozulub" deyib.

O, MAQATE-nin obyektdəki personalla münasibətlərinin “qeyri-müntəzəm” olduğunu, avadanlıq və ehtiyat hissələrinin tədarükünün kəsildiyini, obyektdə MAQATE tərəfindən yoxlanılması lazım olan çoxlu nüvə materiallarının olduğunu bildirib.

Qrossi komandasının son 2 aydır Zaporojye nüvə obyektini ziyarət etməyə hazır olduğunu, lakin bu günə qədər tapşırığı yerinə yetirə bilmədiklərini, Zaporojyeyə çatmaq üçün onun və komandasının mühafizəyə ehtiyacı olduğunu bəyan edib:

“Bu, həm Rusiya, həm də Ukraynanın əməkdaşlığını tələb edir. Hər iki tərəfdən bu vəzifənin davam etməsinə icazə vermələrini xahiş edirəm".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056110