Zamin Salayev adam bıçaqladı

2023-02-07 12:40:00

Zamin Salayev adam bıçaqladı

“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Zamin Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167161