Zambiya Prezidenti dünya ictimaiyyətindən yardım istədi
2024-04-17 11:20:50
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Zambiya Prezidenti Xakainde Xiçilema dünya ictimaiyyətini quraqlıqla əlaqədar ölkəsinə maliyyə yardımı etməyə çağırıb, yağışların olmaması səbəbindən məhsulun məhv olduğunu bildirib. Onun sözlərinə görə, ölkə quraqlıqla mübarizə aparmaq üçün gərək olan 940 milyon dollar vəsaitdən cəmi 51 milyonuna malikdir.
Zambiyada 6 milyondan artıq insanın təcili humanitar yardıma ehtiyacı var.
Zambiyadan başqa, Zimbabve və Malavi dövlətlərində də quraqlıq səbəbindən milli fəlakət vəziyyəti elan edilib.
Hürr Tərcüman