Zalujnı Zelenskini üstələyir
2025-09-01 10:43:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı, hazırda ölkənin Londondakı səfiri olan Valeri Zalujnı etimad reytinqi siyahısında Ukrayna Prezidenti Vladimir Zelenskini geridə qoyub.
"Reytinq" sosioloji qrupunun 31 avqust tarixində dərc etdiyi sorğu nəticələrinə görə, respondentlərin 74%-i Zalujniyə etibar edirlər.
Sorğu Kiyevin nəzarəti altında olan ərazilərdə yaşayan 1600 nəfər arasında, 21-23 avqust tarixlərində aparılıb.
Hürr Tərcüman
