“Zalda gey varsa...” - VİDEO

2022-12-29 20:23:00

“Zalda gey varsa...” - VİDEO

Aktyor Elcan Rəsulov "Dönənlər" filmində canlandırdığı gey obrazı barədə danışıb.

Hurriyyet.Az olay-a istinadən xəbər verir ki, bu barədə söz açan sənətçi fikirlərini belə ifadə edib:

"Təhlükəli deməzdim, amma hər aktyor risk edib bu obrazı oynamazdı. Mənim profilimdə olan insan ümumiyyətlə risk edib rol almazdı. Bir şeyi gözümün qarşısına gətirdim ki, dünyada "Dönənlər"in bütün versiyalarını bir araya toplasalar, festival olsa, ən yaxşıları seçsələr, Azərbaycandan bir aktyor kimi mənim də adım onun içində olsun. Bu məqamları düşünərək razılaşmışam, oynamışam. İnşallah ki, alınıb, yəqin, başa düşəcəklər. Nəticə yaxşı olsun ki, növbəti film üçün təkan yaratsın. Yaxşı olmasa, söz verirəm, bir müddət filmlərdən uzaqlaşacağam. Nəticəsini yaxşı gözlədiyim son filmdir. Alınmasa, 3-5 il film məsələlərini kənarda saxlayacağam".

Aktyor ekran işinin nümayişindən sonra səhnədə də obrazından söz açıb:

"Buradadır. Hadisə Azərbaycanda baş verib. Bu obraz Azərbaycanda ilklərdən biridir. Əslində, ilklərdən deyil. Belə obrazlar çox olub. Niyəsə bizdə bir adama bir obrazı təklif edəndə onun dibinə girir. Zalda gey olan varsa, yalnız o, başa düşür mənim nəyi düz oynayıb, nəyi səhv etdiyimi. Siz heç biriniz bilmirsiz nəyi düz, nəyi səhv oynamışam. Siz məni bilmədən alqışlayırsız. Sadəcə bir obrazdır. Filmə reaksiyanı belə gözləmirdim".

Qeyd edək ki, E.Rəsulov "Dönənlər"də homoseksual olan və bunu dostların gizlədən Səlim obrazına həyat verir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.196309