“ZAKİR QARALOVUN HİMAYƏ ETDİYİ ŞİRKƏTİN MİLOYNLUQ YEYİNTİSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILMALIDIR...” – ADP hökumətə müraciət etdi

2022-06-10 14:56:00

“ZAKİR QARALOVUN HİMAYƏ ETDİYİ ŞİRKƏTİN MİLOYNLUQ YEYİNTİSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILMALIDIR...” – ADP hökumətə müraciət etdi

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Hurriyyet.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə Ukrayna, Rusiya arasında davam edən hərbi gərginliyin geniş miqyas almasından, müharibə qurbanlarının sayının çoxalmasından və kommunikasiya xətlərinin məhdudlaşması ucbatından dünyanı təhdid edən qlobal qıtlıq təhlükəsinin artmasından ciddi narahat olduğunu bir daha diqqətə çatdırıb.

Partiya yetkililəri Rusiya tərəfindən başladılan bu qanlı müharibənin qarşısının alınması üçün Aİ və ABŞ-ın adı çəkilən ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyaların, Ukraynanın haqq işinə verdiyi hərbi dəstəyin gərəkli olduğunu ifadə edib və Putin rejiminin çökməsi üçün bu sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

İdarə Heyəti son vaxtlar Avropa Birliyi rəhbərliyinin Azərbaycanla Ermənistan arasında  uzun müddətli sülh sazişinin əldə edilməsi üçün göstərdiyi səyləri yüksək dəyərləndirib və bü cür  görüşlərin münaqişədə birbaşa iştirakı olan Russiyadan kənar, ikili qaydada keçirilməsini, hər vəchlə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına əngəl törətmək istəyən Rusiyanın vasitəçiliyindən imtina edilməsini diqətə çatdırıb və hakimiyyəti Rusiya ilə münasibətlərində daha həssas siyasət izləməyə, strateji hədəflərimizi qərbyönümlü dəyərlər üzrə inkişaf etdirməyə çağırıb.

İdarə Heyəti Rusiya Ria-Novosti dövlət agentliyinin Azərbaycanda bloklanmasını təqdir etməklə, hakimiyyəti Azərbaycan əleyhinə fəaliyyət göstərən Sputnik TV-nin və digər bu tipli TV-lərin də bloklanması üçün ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Qarabağ qaziləri ilə bağlı yaranmış insidentlərdən, onların haqlı tələblərinə dövlət məmurlarının laqeyd münasibətindən ciddi narahat olduğunu bildirib, dövlətin şəhid ailələri, qazilərlə bağlı apardığı sosial-iqtisadi siyasətin ziddinə olan bu cür məmur özbaşınalığına, qeyri-həssas münasibətə son qoyulmasının vaxtı çatdığını diqqətə çatdırıb və hakimiyyəti qazilərin problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Bakı-Quba yolunun bərpası ilə bağlı aparılan işləri təqdir etməklə, vaxtilə Respublika Baş prokuroru olmuş Z.Qaralovun himayə etdiyi AKKORD şirkəti tərəfindən tikintisi aparılan bu yolun istismar müddəti başa çatmamış dağılması, yararsız hala düşməsi, milyonlarla dövlət vəsaitinin qeyri-qanuni yollarla mənimsənilməsi faktına diqqət çəkib və hüquq mühafizə orqanlarını sabiq baş prokurorun bu işlə bağlı fəaliyyəti üzrə araşdırmalar aparmağa, onu qanun qarşısında cavab verməsini təmin etməyə çağırıb.

İdarə Heyəti AZAL hava yollarının qonşu ökələrlə müqayisəyə gəlməz dərəcədə yüksək qiymətlərlə xidmət göstərməsi, gediş-gəliş haqlarının dünya standartlarına uyğun gəlməyən qaydada tətbiq etməsi müqabilində dövlət büdcəsinə az qala milyardlarla borcunun olmasına diqqət çəkib və hakimiyyət orqanlarını bu şirkətin fəaliyyətini yoxlamaq, korrupsiya və rüşvət faktlarını aşkarlamaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya