Saat:03:03
Haqqımızda

Zakir Qaralova məxsus şirkət məhkəməlik oldu

2022-11-28 17:20:00

Zakir Qaralova məxsus şirkət məhkəməlik oldu

Tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Abşeron Kərpic” MMC (Əvvəlki adı “Akkord Kərpic” MMC) məhkəməyə verilib. 

Hurriyyet.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, inşaat şirkəti olan “GST COMPANY” MMC Bakı Kommersiya Məhkəməsində “Abşeron Kərpic” MMC-yə qarşı iddia qaldırıb.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Kommersiya işinin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Abşeron Kərpic” MMC-ni daxil olduğu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC keçmiş baş prokuror Zakir Qaralova məxsusdur. Bu şirkətin hazırda dövlət büdcəsinə 7629 manat vergi borcu var.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR