Saat:14:57
Haqqımızda

​Zakir Həsənovun fəxri (zəfər) fərmanı icra başçısına neçəyə başa gəlib?

2022-05-17 13:06:00

​Zakir Həsənovun fəxri (zəfər) fərmanı icra başçısına neçəyə başa gəlib?

Adil Vəliyev oğlu üçün “zəfər fərmanı”na ev bağışlayır, şəhid- qazilərin evini isə sökür?!

Sabunçu İcra Hakimiyyətinin qanunsuz fəaliyyəti heç mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür. Niyə də düşsün axı, savaşda canını qoyan şəhid-qazilər qalıb bir yanda, müdafiə naziri Zakir Həsənov rayon İcra Hakimiyyəti başçısının oğlunu (?) FƏXRİ (ZƏFƏR) FƏRMAN ilə ödülləndirir. Fərmanın “dövlət rüsumu” isə biznesmen icra başçısının bağışladığı ev, torpaq sahəsi ilə ödənilir. Allah xeyir verməsin! Nədən şəhid anasının evini buldozerə verib sökən icra başçısına halallıq, xeyir düşmür!

Onu da vurğulayaq ki, Sabunçu RİH-in qazi və şəhid ailələrinə “buldozer xidməti” birinci dəfə göstərilmir. 6 il qabaq Ləiş bağında Qarabağ qazisinin tikdiyi evi başçının pul-haqqyığanı “komunxoz” Həbibin qoçu dəstəsi ilə həyata keçirən icra hakimiyyəti, hələ də vurduğu 5 min manatlıq ziyanın əvəzini ödəmir. Qarabağ qazisinin Sabunçu Prokurorluğunda və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində izahatları alınsa da, polis tədbirlər görüləcəyinə söz versə də, indiyədək nə qərar verilib, nə də tədbir görülür.

Adil Vəliyev şəhid anasının evinin sökülməsini qanunsuz olması ilə izah edir. Halbuki, qanuni-qanunsuz olmasından asılı olmayaraq, heç bir tikilinin məhkəmə qərarı olmadan sökülə bilməzliyi qanunun tələbidir! Eyni zamanda, bəyəm başçı oğlunun “fəxri  (zəfər) fərmanı” əvəzi müdafiə nazirinə bağışladığı ev qanunidir? Bunu kim “sökməlidir”? Deyəsən, İcra Hakimiyyətinin “buldozerini” dövlətin icra hakimiyyətini həyata keçirən başçısının “DƏMİR YUMRUĞU” əvəz etməli olacaq...

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR