Zakir Həsənova müavin təyin olunduğu deyilən 36 yaşlı Aqil Qurbanov kimdir? - Yenilənib+ Fotolar

2022-12-13 12:57:00

Zakir Həsənova müavin təyin olunduğu deyilən 36 yaşlı Aqil Qurbanov kimdir? - Yenilənib+ Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

***

Zakir Həsənova yeni müavin təyin edildiyi iddia olunur. Bu barədə Meydan TV Müdafiə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, Zakir Həsənova yeni təyin edilmiş müavin 36 yaşlı Aqil Səlim oğlu Qurbanovdur.

Hurriyyet.az xəbər verir ki, A. Qurbanov bundan əvvəl “Sumqayıt Texnologiyalar Parkı”ın müşahidə şurasının sədri olub.

Məlumat üçün bildirək ki, Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Onu da bildirək ki, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin təməli 1895-ci ildə qoyulub. Bu təhsil ocağı dünyanın nüfuzlu məktəblərindən hesab olunur. Xarici tələbələr üçün illik təhsil haqqı 25-36 min funt sterlinq (52-75 min manat) arasında dəyişir.

Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə “Azerfon” (“NarMobile”) şirkətində və “Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə “Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında “Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında “Sumqayıt Texnologiyalar Parkı”ın müşahidə şurasının sədri təyin edilib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Qeyd edək ki, dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edərkən A. Qurbanov da sözügedən şəxslərin arasında olub.


Nazirliyin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.214312