Zakir Həsənov BƏƏ-yə getdi
2023-11-13 17:51:01
.jpg)
Noyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.
