Zabux kəndindən VİDEOREPORTAJ

2023-09-04 12:15:43

Zabux kəndindən VİDEOREPORTAJ

Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi reportaj hazırlayıb.

Reportajda 2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnun olduqlarını bildiriblər.
Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını deyiblər.

Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd həsrəti bitən 88 kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.

Qeyd edək ki, Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşən kəndin bütün tarixi dövrlərdə etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub.

Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Kənddə yerli zabuxlularla yanaşı, qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı.

2006-cı ilin statistikasına görə kəndin 570 nəfər əhalisi olub. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi 30 illik əsarətdən sonra 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.


 

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138856