Saat:01:29
Haqqımızda

Zabrat-1 qəsəbəsində zibillər niyə daşınmır? - FOTO

2024-04-15 17:25:28

Zabrat-1 qəsəbəsində zibillər niyə daşınmır? - FOTO

Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, N.Nərimanov küçəsində məişət tullantıları antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə oxu.az-a sakinlər məlumat veriblər.

Onlar iddia edirlər ki, bir neçə gündür əraziyə atılan tullantıların daşınmaması səbəbindən pis vəziyyət yaranıb, ərazi zibil poliqonuna çevrilib. Bu səbəbdən də ərazidə sahibsiz itlərin sayı artıb.

Sakinlər həmçinin bildirirlər ki, onların şikayətlərinə baxılmır, ərazidə heç bir təmizlik işləri görülmür.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.az-ın sorğusuna cavab olaraq ərazinin qısa zamanda təmizlənəcəyi bildirildi.

Fotoları təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000260