Saat:13:19
Haqqımızda

"Zabit olmaq istəyənlərin sayı 10 dəfə azalıb" - Artsrun Ovanisyan

2022-01-28 23:48:00

Ermənistanın Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi Artsrun Ovanisyan Ordu günü ilə bağlı bir sıra maraqlı açıqlamalar verib. AzVision.az xəbər verir ki, müharibə dövründə "taktiki geri çəkilmə" edirik açıqlaması ilə ad çıxarmış Artsrun Silahlı Qüvvələrin inkişaf konsepsiyasına yenidən dərindən baxmağı məsləhət bilib O, artıq gənclərin zabit olmaq istəməməsindən də gileylənib. O, hərbi peşənin populyarlaşdırılmasını vacib sayıb.

"Bu gün ordumuzun özünün müdafiəyə ehtiyacı var" - Köçəryan - Təəssüf ki, son illər gənc nəslin nümayəndələri zabit olmaq yolunu daha az seçir. Belə ki, əgər Vazgen Sarkisyan adına Universitetdə hər il 300 abituriyent qəbul edilirdisə, sonradan bu rəqəm 10 dəfə azaldı. Səbəblər yenə də sosial, şəxsi inkişaf perspektivlərinin olmamasıdır.

Çoxları belə düşünür: ayda bu 300-400 min dramın xatirinə mən niyə 10 il sıravi qalmalı, bütöv bir siyahılı xəstəliklər tapmalı, sağlamlığımı "basdırmalıyam"? Hələ 20 il də mənzil növbəsinə durub gözləməliyəm ki, sonradan onu əldə edə bilməyim. Bu, insanların hərbi peşə seçmək istəməməsinin bir hissəsidir. Digər səbəb yanlış kadr siyasətidir, - Ovanisyan deyib.

Tural Tağıyev

 

Azerforum.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR