Saat:03:58
Haqqımızda

"Z nəslinin və qadınların siyasi proseslərə təsiri hər ötən gün artmağa başlayır" - XAQANİ CƏFƏRLİ

2024-05-08 12:06:11

"Bu iki faktor yaxın illərdə bütün dünyada siyasi və iqtisadi proseslərin hərəkətverici qüvvəsi olacaq"

"İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu "The Economist" nəşrində dərc olunan 31 mart seçkilərinin dəyərləndirilməsinə həsr olunmuş məqaləsində çox önəmli bir qənaətini bölüşüb. Əkrəm bəy yazır ki, partiyalar və siyasi liderlər demokratiyaya ümidlərini itirsələr də, vətəndaşlar demokratiyaya ümidlərini itirməyiblər". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Xaqani Cəfərli deyib ki, Türkiyədəki son seçkilərin nəticələri Oxford Universitetinin Müqəddəs Antoni Kollecinin Rusiya və Avrasiyanı Öyrənmə Mərkəzi daxil olmaqla onlarla mərkəzdə müzakirə olunub: "Oxford Universitetindəki müzakirələrdə gəlinən qənaət ondan ibarət olub ki, müxalifətdə gənc nəslin və qadınların diqqətini çəkən dəyişiklik seçkilərin nəticələrinə ciddi təsir edə bilər. ABŞ-da seçiciləri ən çox narazı salan prezidentliyə namizədlərin hər ikisinin yaşlı olmasıdır. Cümhuriyyət Xaql Partiyasının (CHP) son seçkilərdəki uğurunda bu faktorlarun ciddi təsiri olub. Türkiyədə son seçkilər qadınların ən çox uğur qazandığı seçkidir. CHP-nin uğurlarında önəmli paya sahib olan Əkrəm bəyin sevilən bir lider olmasında həyat yoldaşı Dilək xanımın önəmli payı var. Əkrəm bəyin sosial-demokratiyaya bağlanmasında da Dilək xanımın ciddi təsiri olub".

Politoloq hesab edir ki, Z nəslinin və qadınların siyasi proseslərə təsiri hər ötən gün artmağa başlayır: "Bu tamamilə təbii prosesdir. Birincisi, XXI əsr qadın əsridir. İkincisi, dövrün texnologiyası ilə özündən əvvəlki bütün nəsillərlə müqaysidə daha yaxşı davranan Z nəslinin seçici təbəqəsində çəkisi hər ötən gün artır. Bu iki faktor yaxın illərdə bütün dünyada siyasi və iqtisadi proseslərin hərəkətverici qüvvəsi olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204854