Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər

2022-08-24 23:56:00

Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər

Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.

Həkimlər yatmazdan əvvəl və yataqda qarının yuxarı hissəsi və kürəkdə ağrıların olmasının mədəaltı vəzidən ola biləcəyini bildirir.

Yuxuya gedən anda belə ağrıları hiss etmək şübhəlidir. Eləcə də gün ərzində ağrı olmur, ancaq günorta uzanıb istirahət edəndə həmin hissədə ağrı başlayıb kürəyə vurursa bu problemdən şübhələmək olar.

Mədəaltı vəz şişlərinin digər əlamətləri də üz, bədən, göz içində sarılıqdır. Amma bu artıq şiş böyüyüb, öd axarlarını tutanda olur.

Eləcə də iştahın azalması, arıqlama, qarında şişkinlik, bədəndə hərarətin tez-tez 37-ni keçməsi də əlamətlərdən ola bilər. \\Medicina


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057671