Saat:14:39
Haqqımızda

"Yuventus" yay üçün "transfer bombası" hazırlayır - ADLAR

2025-02-10 21:53:56

"Yuventus" indidən yay üçün transfer əməliyyatlarını planlaşdırmağa başlayıb.

"Calciomercato" yayıb. 

Mənbənin məlumatına görə, Turin nəhəngi bir mərkəz yarımmüdafiəçisi və bir hücumçu almaq istəyir. Artıq bu mövqelərə əsas namizədlər də bəllidir. "Qoca sinyora"nın transfer hədəfləri "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ilə "Napoli"nin hücumçusu, hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhendir. Onların “Yuventus” üçün cəlbediciliyi hər ikisinin A Seriyasında böyük təcrübəyə malik olmasıdır. Tonali ilə Osimhenin keçidi müdafiəçi Andrea Kambyaso ilə hücumçu Duşan Vlahoviçin satılmasından asılıdır. "Yuventus" adıçəkilən futbolçuları yayda göndərməyə qərarlıdır.

Tonali bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Osimhen isə Türkiyə nəhəngində 23 matça çıxaraq 17 qol vurub, 5 məhsuldar ötürmə edib. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229885