Yusif Mustafayevin nazirlikdən istəyi - Video
2025-04-30 17:25:39
Əməkdar artist Yusif Mustafayev arzusunu açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, “Rəngarəng” verilişinə gələn müğənni 70 illik yubileyinin qeyd edilməsini istəyib.
“Allah ömür versə, sentyabrın 15-də 70 yaşım tamam olur. İnsan arzularla yaşayır. Elə istəyirəm, 70 illiyim dövlət səviyyəsində qeyd edilsin. Saç ağartmışam. Heç vaxt ad günümü qeyd etməmişəm”, - Y.Mustafayev bildirib.
Qeyd edək ki, Əməkdar artist 70 illik yubileyinin Mədəniyyət Nazirliyi tərəfindən qeyd olunmasını arzulayıb.
