Yusif Mustafayev Xalq artistinə maddi yardım etməsindən danışdı: "Utanıram zəng edim soruşum ki..."

2022-11-23 20:13:00

Yusif Mustafayev Xalq artistinə maddi yardım etməsindən danışdı:

Əməkdar artist Yusif Mustafayev maddi yardım etdiyi Xalq artisti Könül Xasıyevadan danışıb.

Bununla bağlı "Deməsəm olmaz" verilişində sualları cavablandıran müğənni bunları deyib:

"Bizim bir paramız, sənət dostumuzdur. Ona bacardığım qədər yardım etməsəydim vicdanım əl verməzdi. Utanıram zəng edim soruşum ki, müalicəyə getdimi? Mənə aid olan hissəsi yardım etmək idi. Könül xanıma Allah şəfa versin".

Qeyd edək ki, K.Xasıyeva beynində şiş aşkarlandığını deyərək, 254 min manata ehtiyacı olduğunu açıqlamışdı. O, müalicəsinin Almaniyada mümkün olduğunu bildirib. Ona maddi yardım edənlər arasında Yusif Mustafayev də yer alıb. O, xanəndəyə min dollar pul verib. \\Axsam.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141169