Saat:03:55
Haqqımızda

YUNİSEF: "Qəzzada uşaqlar aclıq çəkir"

2024-03-26 17:19:09

YUNİSEF:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Uşaq Fondunun - YUNİSEF təşkilatının Fələstində kommunikasiya məsələləri üzrə direktoru Conatan Kriks Qəzza bölgəsində hər üç uşaqdan birinin yemək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Bu göstərici cəmi bir ay ərzində ikiqat artıb.
O, "France Inter" radiostansiyasına müsahibəsində deyib: "Fevralın əvvəlində uşaqların 15%-i və ya hər altı uşaqdan biri güclü yemək çatışmazlığından əziyyət çəkirdi. Martın əvvəlindən bu rəqəm ikiqat artıb. İndi hər üç uşaqdan biri bu problemlə qarşılaşıb".
Onun sözlərinə görə, söhbət həm də regionun şimalında yaşayan iki yaşına qədər uşaqlardan gedir. Həmin bölgədə ərzaq və tibbi xidmət çalışmazlığı hökm sürür. YUNİSEF əməkdaşı uşaqların aclıqdan və susuzluqdan ölə biləcəkləri ilə bağlı narahatlığını bildirib.
Kriks BMT-nin Təhlükəsizlik Şurasının müsəlmanların müqəddəs Ramazan ayında Qəzza sektorunda atəşin dayandırılması ilə bağlı qətnaməsini "düzgün istiqamətdə addım" adlandırıb".
Bundan əvvəl isə YUNİSEF-in mətbuat katibi Ceyms Elder Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində Qəzza sektorunda "uşaqlara qarşı müharibə" aparıldığını bəyan etmişdi. Müharibədə 10 min nəfərdən çox uşaq həyatını itirib.
"Əl Cəzirə" telekanalının məlumatına görə, azı 600 min uşaq Fələstinin Rafah şəhərindəki çadır düşərgələrində yaşayır və ərzaq və tibbi xidmət çatışmazlığından əziyyət çəkir".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202996