YUNİSEF Qəzzada həlak olmuş uşaqların sayını açıqlayıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, YUNİSEF təşkilatı 7 oktyabr tarixindən keçən müddət ərzində Qəzza bölgəsində 4 600 nəfərdən artıq uşağın öldürüldüyünü, 9 min nəfərə yaxın uşağın yaralandığını və BMT-nin 100 nəfərdən artıq əməkdaşının qətlə yetirildiyini bəyan edib.
YUNİSEF-in icraçı direktoru Katerina Rassel Qəzzanın oradakı 1 milyon uşaq üçün “təhlükəsiz bir yer olmadığını” və söyləyib: “Münaqişənin tərəfləri uşaqlara qarşı ağır əməllər törədirlər. Öldürmək, şikəst eləmək, qaçırmaq, məktəblərə və xəstəxanalara hücumlar, humanitar yardımın çatdırılmasının əngəllənməsi... Bunların hamısı YUNİSEF tərəfindən qınanır. Çox sayda uşaqlar itkin düşüb, yıxılan binaların və dağıntıların altında qalıb. Bu, yaşayış məntəqələrində partlayıcı silahlardan istifadənin faciəvi nəticəsidir”.
YUNİSEF-in direktoru təşkilatın əməkdaşları da daxil olmaqla, bir çox insanın susuzluq, aclıq və antisanitar şəraitlə üzləşdiyini, həddən artıq sıxlıq olan sığınacaqlarda yaşadığını deyib.
Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə Qəzzada ishal və suçiçəyi kimi yoluxucu xəstəliklərin artdığını bəyan eləmişdi.
Hürr Tərcüman
