Yunanıstanda yanğınlar – antik şəhər külə çevrilə bilər
2021-08-05 17:07:00
Hurriyyet.org xəbər verir ki, Yunanıstan da meşə yanğınları ilə üzbəüz qalıb. Atəş artıq Mora yarımadasında yerləşən Olimpiada Oyunlarının meydana gəldiyi yer olan Olimpiya antik şəhərinə keçib. Antik şəhəri yanğından xilas eləmək üçün yanğınsöndürənlərin mübarizəsi davam edir.
Olimpiya antik şəhərinin yaxınlığındakı yanğın ilə mübarizəyə 170-dən artıq yanğınsöndürən işçi, 50 yanğınsöndürən maşın, 6 vertolyot və təyyarələr cəlb olunub. Antik şəhərin yaxınlığında yerləşən 6 kəndin əhalisi köçürülüb, 20 ev isə yanaraq külə dönüb.