Yunanıstanda “Şuşa Azərbaycandır” sözləri erməniləri qorxuya saldı - Fotolar

2021-11-24 22:58:00

Yunanıstanda “Şuşa Azərbaycandır” sözləri erməniləri qorxuya saldı - Fotolar

Yunanıstanın Saloniki şəhərində ictimai nəqliyyatda və dayanacaqlardakı "Şuşa Azərbaycandır” yazısı yayımlanıb.

Bu hadisə erməni icmasını qorxuya salıb.

Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan sosial şəbəkədə bu yazının silinməsini tələb edib.

Qeyd edək ki, yazı "Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində keçirilmiş Vətən Müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya çərçivəsində ictimai nəqliyyat və dayanacaqlardan asılıb. \\Qafqazinfo