Yunanıstanda sel ölümlərə səbəb oldu, itkin düşənlər var

“Ölkə tarixində ən güclü leysanlar yağıb”
Hurriyyet.az xəbər verir ki, Yunanıstanda sel suları 2 nəfərin ölümünə səbəb olub. Bu barədə məlumatı Yunanıstan Yanğınsöndürmə Təşkilatı verib.
Selin hakim olduğu bölgədə itkin düşən yaşı 80-dən yuxarı 3 nəfər xilasiediclərin səylərinə baxmayaraq, hələlik tapılmayıblar.
Sentyabrın 5-də başlayan və bugünə qədər davam edən leysandan sonra meydana gələn sel və ani basqınlar bir çox sağlamlıq mərkəzinə və xəstəxanalara da təsir edib. Volos qocalar evinin sakinləri köçürülüb.
YunanıstanınPilio şəhərində bir asfalt yol sel səbəbindən çökərək iki yerə ayrılıb. Yollar bağlanıb. Su və elektrik enerjisinin kəsilməsi davam edir.
Meteorologiya mütəxəssisləri yağışların cümə axşamına qədər davam edəcəyini proqnozlaşdırırlar.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin başçılığı ilə əlaqədar nazirliklərin rəhbərləri və meteorologiya mütəxəssislərinin keçirdiyi iclasda sentyarın 5-dəki yağışın “ölkə tarixində ən güclü leysan olduğu” qeyd edilmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya