Yunanıstanda ABŞ-a qarşı etiraz: “Ölüm bazalarına yox!”

2022-05-12 18:08:00

Yunanıstanda ABŞ-a qarşı etiraz: “Ölüm bazalarına yox!”

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Mesaj” nəşri məlumat verib.

Yunanıstanda ABŞ bazalarına qarşı etiraz nümayişi keçirilib. Paytaxt Afina şəhərində yerləşən tarixi Akropolis məbədində ABŞ-ın Yunanıstandakı bazalarına və müharibəyə etiraz şüarları səsləndirilib.

Yunanıstan Kommunist Partiyasının (KKE) təşkil elədiyi mitinqdə etirazçılar “Müharibəyə yox! Ölüm bazalarına yox!” yazıları olan plakatları qaldırıblar.

Yunanıstan Kommunist Partiyası Yunanıstan Parlementində bu gün səsverməyə çıxarılacaq ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı Müqaviləsi və bu müqavilənin nəzərdə tutduğu bazalara qarşı çıxır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya