Yunanıstan XİN rəhbəri Dendias ABŞ-lı həmkarı ilə görüş keçirir-məqsəd Türkiyəyə qarşı işbirliyidirmi?

2021-10-14 10:34:00

Yunanıstan XİN rəhbəri Dendias ABŞ-lı həmkarı ilə görüş keçirir-məqsəd Türkiyəyə qarşı işbirliyidirmi?

Yunanıstanın XİN başçısı Nikos Dendias ABŞ-Yunanıstan Strateji Dialoqunun üçüncü turunda iştirak etmək və ABŞ-lı həmkarı Antoni Blinkenlə görüşmək üçün oktyabrın 14-də ABŞ-a səfər edəcək. Bu barədə "Greekcitytimes" xəbər portalı bildirir.
Dendias həmçinin Vaşinqtonda BƏƏ XİN başçısı Abdullah bin Zayed Al Nahyan ilə görüşəcək və Şərqi Aralıq dənizində Yunanıstanın rolu ilə bağlı Avropa Siyasəti Təhlili Mərkəzinin tədbirində iştirak edəcək. 

P.S. Ehtimal ki, bu görüşlər Türkiyəni dairə şəklində mühasirəyə almaq strategiyasının aadımları kimi həyata keçirilir.
Ülviyyə, Hurriyyet.az