“Yunanıstan bundan sonra öz başının çarəsinə baxsın” - Ərdoğan

2022-06-17 16:57:00

“Yunanıstan bundan sonra öz başının çarəsinə baxsın” - Ərdoğan

“Yunanıstan bundan sonra öz başının çarəsinə baxsın”. 

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Yunanıstan və Türkiyə arasında son günlər yaşanan gərginlikdən söz açan Ərdoğan mövqeyini dəyişməyəcəyini deyib:

“Yunanıstanla bağlı prosesə reaksiyalarımı bildirdim. Qarşımda vicdanlı bir siyasətçi olmasa, bir daha onlarla görüşməyəcəyimizi və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi, builki iclası keçirməyəcəyimizi bildirdik. Yəqin bundan daha aydın, daha açıq bir münasibət ola bilməz. Yunanıstan bundan sonra öz başının çarəsinə baxsın”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya