Yunanıstan Aİ-yə Türkiyə ilə bağlı müraciət

Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Avropa İttifaqının Türkiyəyə dəstək verməli olduğunu bildirib.
Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında iştirak edən Dendias jurnalistlərə açıqlamasında tədbirdə Ukrayna, Əfqanıstanda qadın hüquqları, iqlim böhranı və ekologiya məsələlərinin müzakirə ediləcəyini söyləyib.
Dendias Türkiyəyə səfəri barəsində həmkarlarına məlumat verəcəyini bildirərək deyib: “Həmkarlarımla Türkiyə ilə Suriyada zəlzələdən zərər çəkənlərə necə dəstək ola biləcəyimizlə bağlı danışmaq imkanım olacaq. Çox təəssüflə bildirirəm ki, ilk dəfə görünən çox böyük fəlakətdən söhbət gedir. Çox böyük yardım və dəstək lazımdır”.
Bəlli olduğu kimi, zəlzələdən sonra Hatay və Adanaya səfər etmiş Densias Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya