Saat:06:53
Haqqımızda

Yumurtanın üzərindəki kodların SİRRİ: "Bu rəqəmlə başlayırsa, ən keyfiyyətsizidir” - FOTO

2024-02-05 19:21:16

Yumurtanın üzərindəki kodların SİRRİ:

Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu 4 fərqli istehsal kodları əslində toyuğun cinsi və yumurtanın keyfiyyəti ilə izah edilir. Yəni, aldığımız yumurtanın keyfiyyətli olub olmadığını bu rəqəmlərlə öyrənmək mümkündür.

Bəs onları necə ayırd etmək olar?

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yumurta üzərindəki bu kodlar rəqəm və hərflərdən ibarətdir.

"Bizi maraqlandıran hissə kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Yumurtanın üzərindəki kod 0 rəqəmi ilə başlayırsa, bu yumurta orqanik toyuq yumurtasıdır. Toyuğun yetişdirilməsində istifadə olunan yem orqanikdir. Məhz bu baxımdan marketlərdə bu yumurtalar baha satılır”.

Mütəxəssis bildirib ki, yumurtanın üzərindəki kod 1 rəqəmi ilə başlayırsa, bu, fermalarda yetişən toyuqların yumurtası hesab edilir.

“Keyfiyyət baxımından da yüksək qiymətləndirilir. Kod 2 rəqəmi ilə başlayırsa, bu, hində böyüyən toyuğun yumurtasıdır. Əsasən, bazarlarda bu kodlu yumurtalarla rastlaşmaq mümkündür. Bu yumurtalar o qədər də keyfiyyətli hesab edilmir. Əgər kod 3 rəqəmi ilə başlayırsa, bu broyler toyuğun yumurtasıdır. Bu yumurtalar ən ucuz və keyfiyyətsiz yumurta növü hesab edilir”.

 

Ülkər Abdurahmanlı

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184340