Yumurtanın qiyməti 45 qəpik olub - VİDEO

2022-12-23 21:02:00

Yumurtanın qiyməti 45 qəpik olub - VİDEO

Yeni il qabağı bir sıra kənd təsərrüfatı məhsulları bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox müşahidə olunur.

Hurriyyet.Az Baku TV-ə istinadən xəbər verir ki, əməkdaşımız Quba bazarında kənd yumurtasının hazırkı qiyməti ilə maraqlanıb.

Bazarda həm alıcılar, həm də satıcılar qiymətlərin günü-gündən qalxdığını bildiriblər.

“Əvvəl yumurtanı 15 qəpiyə satırdıq. İndi yumurta çörək qiymətinə olub, ceyran belinə çıxıb, tutmaq olmur”, - deyə satıcılardan biri qeyd edib.

Alıcılar yumurtanın qiymətinin qalxmasını yem tədarükünün bahalaşması ilə əlaqələndirirlər.

Qeyd edək ki, Quba ilə yanaşı, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarında da vəziyyət oxşardır.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144712