Yüksək qan təzyiqinin neçə ölümcül fəsadı var? - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...

2022-05-03 15:26:00

Yüksək qan təzyiqinin neçə ölümcül fəsadı var? - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...

Hipertoniyanı 6 üsulla aradan qaldırmaq olar

Hipertoniya çox geniş yayılmış xroniki xəstəlikdir. Bu diaqnoz qoyulan pasientlərin sayı ildən- ilə artır. Əslində, hipertoniya irsiyyətlə, ətraf mühitlə, yaşla və  insanların zərərli vərdişləri ilə bağlıdır.

Yüksək qan təzyiqi tez- tez bəzi fəsadlar, hətta orqanizmdə geriyədönməz zədələnmələr törədir, ona görə də biz həyatımızda bu aspektə diqqət yetirməliyik.

Hurriyyet.az xəbər verir ki, bu barədə Çinin "Sina.com" saytı məlumat verib.

Beləliklə, qan təzyiqinin qarşısını necə almaq olar?

Əgər siz hipertonyanın inkişafının qarşısını almaq istəyirsinizsə, öz qida rasionunuzda duzdan az istifadə etməlisiniz. Normalda insanın duzdan gündəlik istifadəsi 5 qramdan az olmalıdır, lakin bəziləri xeyli artıq miqdarda duz istifadə edir ki, bu da çox asanlıqla hipertoniya pristupuna gətirib çıxara bilər, ona görə də əgər siz qan təzyiqinizin qarşısını almaq istəyirsinizsə, tərkibində az miqdarda duz olan pəhrizi gözləməlisiniz.

Fiziki hərəkətlərin intensivliyini artırmaq

Fiziki hərəkətlər etmək sağlamlıq üçün çox faydalıdır. Daimi olaraq idmanla məşğul olmaq qan təzyiqini aşağı salır və qlükoza mübadiləsini yaxşılaşdırır, ona görə də yaxşı olardı ki, hər gün yarım saat idman edəsiniz. Siz sizə uyğun olan idman növünü seçə bilərsiniz, məsələn, qaçış, velosipeddə gəzinti, üzgüçülük və ya rəqslər. İdman hərəkətlərini bir dəfəyə və çox icra etmək yox, tədricən artırmaq tövsiyə edilir.

Çəkiyə nəzarət

Artıq çəki yüksək qan təzyiqinin və ya qanda lipidlərin miqdarının artmasının səbəbidir, ona görə də siz bu əlamətlərdən qurtulmaq istəyirsinizsə, öz çəkinizə nəzarət edin.

Əgər bədən çəkiniz normadan artıqdırsa, siz onu azaltmalı və orqanizmdə yağların miqdarını aşağı salmalısınız, o zaman təzyiqiniz normaya düşəcək.

Alkoqol və suqaretdən imtina edilməsi

Siqaret çəkmək və alkoqoldan istifadə edilmək orqanizmin sağlamlığına neqativ təsir göstərir. Tez- tez tütünün qəbulu arterial təzyiqi asanlıqla artıra bilər, alkoqoldan çoxlu miqdarda istifadə edilməsi isə ürək- damar sisteminə zərər vura bilər. Bu o deməkdir ki, əgər siz hipertoniyanın qarşısını almaq istəyirsinizsə, belə zərərli vərdişlərdən əl çəkməlisiniz.

Düzgün əmək və istirahət rejimi

Hazırda bir çox insanlar get- gedə düzgün iş və istirahət rejimini görməzdən gəlir, bu, işdə və həyatda həddən artıq yüklənmə ilə bağlıdır, məsələn, gec yatırlar, bu da orqanizmin funksiyalarını asanlıqla poza bilər, simpatik sinir pozuntularına gətirə bilər ki, bu da arterial təzyiqi yüksəldə bilər.

Bunların qarşısını almaq üçün gün rejiminə riayiət etmək, normal yuxu yatmaq və erkən yuxudan oyanmaq lazımdır ki, arterial təzyiqi sabitləşdirmək mümkün olsun.

Ruhi vəziyyəti sabitləşdirmək

Emosional dəyişikliklər qan təzyiqinə böyük təsir göstərir. Əgər çox həyacanlanmısınızsa, narahatlıq keçirirsinizsə, bu, hipertoniya yarada bilər. Ona görə də özünüzün ruhi vəziyyətinizə diqqət yetirin və hər hansı bir şeylə üz-üzə qaldıqda, çox əsəbiləşməyin. Siz öz ruhi vəziyyətinizi sabitləşdirməlisiniz ki, arterial təzyiqin qarşısını ala biləsiniz.

Bütün bunlardan başqa, siz müntəzəm olaraq qan təzyiqinizi ölçməlisiniz. Anomal göstəricilər müəyyən edildikdə təcili olaraq həkimə müraciət etməlisiniz. Hipertoniya diaqnozu qoyulmuş pasientlər vəziyyətin sabitləşməsi üçün müvafiq tədbirlər görməli və xəstəliyin inkişafının qarşısını almalıdır

Qeyd etmək lazımdır ki, yüksək arterial təzyiqi olanlar arterial təzyiq həkim tərəfindən yazılan dərman preparatlarının təsirindən normaya düşdükdə dərmanları kəsməməlidir. Onlar dərmanları həkimin yazdığı qaydada istifadə etməli və öz qan təziqini sabit saxlamalıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya