"YouTube" Trampa MÜJDƏ VERDİ

2023-03-18 00:21:00

"YouTube" ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını blokdan çıxarmaq qərarına gəlib.

Bu barədə Hurriyyet.az xarici KİV-ə istinadla xəbər verir.

“Bu gündən etibarən Donald Trampın kanalına artıq məhdudiyyət qoyulmur və yeni məzmun yükləyə bilər", - şirkətdən bildiriblər.

Bu qərarın səbəblərindən biri seçicilərə ABŞ prezidentliyinə əsas namizədlərin fikirlərini eşitmək imkanı vermək olub.

Bununla belə, videohostinqin rəhbərləri Trampın kanalının "YouTube" qaydalarına əməl etməli olduğunu vurğulayıblar.

Xatırladaq ki, Trampın kanalı 2021-ci ilin yanvarında bağlanıb. Rəsmi səbəb zorakılığa çağırış olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218220