"YouTube" Rusiyada əngəlləndi
2024-12-23 13:40:11
Hurriyyet.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, "Yutub" şəbəkəsi ölkə ərasizində faktiki olaraq əngəllənib.
Verilən məlumata görə, Rusiya əhalisinin 80 faizə qədəri platformaya daxil ola bilmir, baxışların sayı həmişəkinin cəmi 20 faizini təşkil edir.
Moskva sakinlərinin bildirdiyinə görə, "YouTube" kanalı bəzi ödənişli VPN xidmətlərində işləyir. Pulsuz versiyalarda isə cəmi bir neçə dəqiqə göstərir. VPN olmadan isə şəbəkəyə daxil olmaq mümkün deyil.
Hürr Tərcüman
