Saat:04:15
Haqqımızda

YouTube Rusiya təbliğat maşınına növbəti zərbəni vurub – Onlarla kanal silindi

2024-02-07 12:14:05

YouTube Rusiya təbliğat maşınına növbəti zərbəni vurub – Onlarla kanal silindi

YouTube videohostinq administrasiyası Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) bir neçə onlarla regional kanalını, o cümlədən Rostov-na-Donu, Pskov, Voloqda və Murmanskdakı redaksiya kanallarını bloklayıb. Bloklamanın səbəbləri barədə hələ ki, rəsmi məlumat verilmir.

Bundan əvvəl videohostinq xidməti rusiyalı kinorejissor Nikita Mixalkovun 1.6 milyon izləyicisi olan “BesogonTV” kanalını “ayrı-seçkilik xarakterli çıxışlarla bağlı çoxsaylı qaydaları pozduğuna görə” silmişdi.

Ümumilikdə, YouTube Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan sonra artıq yüzlərlə rus kanalını, o cümlədən Federasiya Şurasının, Dövlət Dumasının hesablarını, “Rossiya 24”, Russia Today, Birinci Kanal, aparıcı Vladimir Solovyovun səhifələrini bloklayıb.

Rusiyada son vaxtlar YouTube video hostinqini bloklamaq üçün getdikcə daha tez-tez çağırışlar edilir. Bu tələblə Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları çıxış ediblər. Ötən il “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin bununla bağlı Baş Prokurorluqla əlaqə saxlayıb. O, həmçinin YouTube-un sahibi olan Google-un fəaliyyətinin Rusiyada arzuolunmaz hal kimi tanınmasını tələb edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237208