Saat:07:53
Haqqımızda

Yorğunluğun səbəbləri nələrdir? - Mütəxəssis AÇIQLADI

2024-02-01 23:39:35

Yorğunluğun səbəbləri nələrdir? - Mütəxəssis AÇIQLADI

Bəzi insanlar özlərini daima yorğun hiss edirlər. 

Bu şəxslər o qədər yorğun və halsız olurlar ki, nə isə etməyə taqətləri olmur. Onlar, hər şeyə həvəssiz yanaşırlar. Daha çox yorğun hiss etməmək və var olan enerjilərini qorumaq üçün fəaliyyətsizliyə üstünlük verirlər. 

Buna bir çox səbəb göstərmək olar. Lakin mütəxəssislər bunun daha çox psixoloji səbəblərinin olduğunu qeyd edirlər. Bəzən də həmin şəxslərin özləri belə psixoloji olaraq yorğun hiss etdiklərini etiraf edirlər. 

Maraqlıdır, yorğunluğun əsas səbəbləri nələrdir? 

EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında bildirib ki, bir işi görərkən şəxsin fiziki və ya psixoloji olaraq yetəri qədər gücünün olmadığı vəziyyətlərə yorğunluq deyilir:

342854

"Gecə tez yatılmasına baxmayaraq, günortaya doğru bütün enerjinin tükədilməsi də yorğunluq adlanır. Sıx şəkildə enerjisiz, halsız və tükənmiş hiss etmə, dincəlməyə baxmayaraq yorğun vəziyyətin davam etməsinə isə mental yorğunluq deyə bilərik. Mental yorğunluğun səbəbələri kimi gündəlik stressi, keçmişlə bağlı təkrarlayıcı düşüncələri və gələcək təşvişi ilə bağlı düşüncələrin olmasını göstərmək olar".

Həmsöhbətimiz yorğunluğun əsas növlərindən də bəhs edib:

"Psixoloji yorğunluq xroniki bir hal alaraq həyat keyfiyyətini poza və funksionallığı aşağı sala bilir. Xroniki yorğunluq isə insanların özlərini davamlı şəkildə kədərli və tükənmiş hiss etməsinə yol aça bilir. Xroniki yorğunluğa səbəb kimi depressiyanı, iş stressini və ya qansızlıq, aşağı qan təzyiqi kimi fizioloji narahatlıqları nümunə göstərmək olar. 

Xroniki yorğunluğun simptomları ilə normal yorğunluq bir-birinə bənzəyir. Yorğunluq halı qısa müddət ərzində keçib gedərkən, xroniki yorğunluq diaqnozunun qoyulması üçün simptomların minumum altı ay davam etməsi lazımdır".

Psixoloqun sözlərinə görə, yataqdan qalxdıqdan sonra belə yorğun hiss etmək yaddaş problemləri, konsentrasiya çətinlikləri yaşamaq xroniki yorğunluğun göstəriciləri ola bilər:

"Əsasən, mövsüm keçidlərində yorğunluq hissi daha çox meydana çıxır. Bundan başqa, yuxusuzluq, gücsüzlük və enerjidə azalma da özünü göstərir. Xroniki yorğunluq şəxsin fiziki fəaliyyətinə neqativ təsir edə biləcəyi kimi psixoloji sağlamlığı üçün də risk faktor rolunu oyanır. 

Psixoloji yorğunluqla mübarizədə stabil fiziki aktivliklə məşğul olmaq, yuxu və qidanlanmanı normallaşdırmaq, sevimli məşğuliyyətləri gündəlik fəaliyyət planına qatmaq faydalı olacaq. Lakin yorğunluğun altında yata biləcək digər səbəblərin olmadığı vəziyyətlərdə müalicə üçün psixoterapiyaya müraciət etmək tövsiyə olunur".

Pərviz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR