Yoluxmalar ARTIR – BU QADAĞALAR qayıda bilər

2022-07-22 16:28:00

Yoluxmalar ARTIR – BU QADAĞALAR qayıda bilər

Son günlər COVİD-19- a yoluxanların sayı kəskin artıb. Artıq ötən gün iki ölüm hadisəsi də qeydə alınıb.

Bu da cəmiyyətdə artıq narahatçılıq yaradıb. Narahatçılığın bir səbəbi sağlamlığımıza yaranacaq təhlükə ilə bağlıdırsa, digər səbəb ayrı-ayrı sahələrin qapanma ehtimalıdır. Çünki, bir çox ölkələr artıq yenidən qapanmalara gedir.Təbii ki, yoluxma sayı artdıqca ölkəmizdə də bu sahədə radikal addımların ataılacağı qaçılmazdır.


Bəs elə isə bu gedişlə ən yaxın zamanlarda hansı sahələrdə qapanmaların olması gözlənilir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim Rasif Bağırov bu gedişlə qapanmanın qaçılmaz olduğunu bildirdi. O əlavə etdi ki, qapanma üçün hələlik ciddi əsas yoxdur:

“Əgər yoluxma sayı bir qədər də artsa onda ictimai yerlərdə maska rejiminin tətbiqi qaçılmaz olacaq. Bundan əlavə şadlıq evlərində, kütləvi tədbirlərin keçirildiyi qapalı məkanlarda qapanma zərurəti yarana bilər”.

Rasif Bağırov COVİD-19-un mutasiya olunduğu və o qədər də qorxunc olmadığı fikrinə də münasibət bildirdi:

“Əslində mutasiya olunmuş qrip daha təhlükəlidir. Çünki, ona qarşı daha əvvəlki metodlarla mübarizə aparmaq mümkün deyil. Yeni dərmanlar, vaksinlər tələb olunur. Ona görə də mutasiyanın pandemiyanın mənfi fəsadlarını azaldacağı fikri yanlışdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053675