Saat:15:47
Haqqımızda

Yol idarəsinin rəhbəri barəsində deyilən ittihamları TƏKZİB EDİR – “Əlimdə məhkəmə qətnamələri var...” / FOTO

2025-09-03 12:16:48

Yol idarəsinin rəhbəri barəsində deyilən ittihamları TƏKZİB EDİR – “Əlimdə məhkəmə qətnamələri var...” / FOTO

20.09.2024-ci ildə Hurriyyet.az saytında yerli mediaya istinadən “19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə bağlı ŞOK iddia - Katibəsi ilə cinsi...” sərlöhləli yazı dərc olunub. Yazıda 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallının kabitəsi Zümrüd Atakişiyevanın şikayəti yer alır.

Belə ki, qadın müdirinin onunla zorla cinsi əlaqədə olduğunu və bu münasibət nəticəsində ondan 2020-ci il təvəllüdlü övladının dünyaya gəldiyini bildirib. Z.Atakişiyevanın sözlərinə görə, Nazim Eynallı vədinə xilaf çıxaraq, uşağa atalıq vermir. Bu səbəbdən, o, N.Zeynallının həm övladına atalıq verməsi, həm də aliment kəsilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Şikayətçi xanım iddia edir ki, Nazim Eynallının vəkili prosesdən qabaq, şikayətini geri götürməsinin qarşılığında ona 50 min manat təklif edib, o isə uşağına atalıq almaq niyyətində olduğu üçün bu təklifdən imtina edib.

Bu günlərdə “Hürriyyət”ə müraciət edən Nazim Eynallı bildirib ki, Z.Atakişiyevanın səsləndirdiyi iddialar tamamilə əsassızdır və o, şər-böhtana məruz qalıb. Onun sözlərinə görə, bu məsələ hüquq müstəvisində də öz təsdiqini tapıb və əlində məhkəmə sənədləri var. Hansı ki, tibbi ekspertizanın rəyi də uşağın atasının Z.Atakişiyevanın rəsmi nikahlı həyat yoldaşı Atakişiyev Mehman Nizaməddin oğlu olduğunu təsdiqləyib.

O, deyilənlərin sübutu kimi məhkəmə qətnamələrini də redaksiyamıza göndərib:

 

 

 

 

 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Load Time (S) : 0.565234