YIXILAN EVİMİZ – Şamil yazır

2023-02-09 12:52:00

YIXILAN EVİMİZ – Şamil yazır

Bu yıxılan evimizin altından çox məsum üzlər baxır bizə, onları görməsək belə.

Soyuqdan, daşın ağırlıgından bükülmüş canlar, bircəciyimiz onları görsün deyə hey baxır, gözünün nuruna tozdan nur qataraq.

Sanki soyuqla, sabaha qədər əhd bağlayıb baxırlar bizə.

Övladları bu evdə olmayan atalar, analar bəlkə də sevinclə, babalar, nənələr, əmilər, xalalar “bəlkə taparıq” deyə baxırlar o evdən bizə.

Qardaşların axtaran qardaş-bacı çox sevdiyi, güvəndiyi, belini söykəyə biləcəyi qarındaşlarını, turandaşlarını axtararaq, dar günümüzdə yumruğa necə dönməyimizi düsmənlərə göstərənləri görmək, Allahın sınağından üzüağ çıxmaq üçün bəlkə də o üzlər baxırlar bizə.

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178307