Saat:04:37
Haqqımızda

Yevlax polisi əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

2024-04-01 12:30:54

Yevlax polisi əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Nəticədə iki kiloqram narkotik vasitə və psixotrop həb, bir “Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və bir ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan beş ədəd ov tüfəngi götürülüb.

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən üç, axtarışda olan yeddi nəfər saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, səbəbsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən iki sürücü məsuliyyətə cəlb edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR