Saat:12:32
Haqqımızda

YERMAKIN OFİSİNDƏ AXTARIŞ BAŞLAYIB – Zelenskinin əsas adamı hədəfdə

2025-11-28 11:04:02

YERMAKIN OFİSİNDƏ AXTARIŞ BAŞLAYIB – Zelenskinin əsas adamı hədəfdə

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) bu səhər Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın ofisinə daxil olaraq axtarış aparır.

Hurriyyet.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Ukrayna hökumət kvartalında yerləşən Yermakın ofisinə NABU və SAP dan təxminən 10 əməkdaş daxil olub. Hazırda jurnalistlər axtarışı iş prosesində izləyir və rəsmi açıqlama üçün NABU ilə əlaqə saxlayırlar.

Qeyd edək ki, NABU və SAP Ukraynada ən yüksək vəzifəli məmurların korrupsiya halları ilə mübarizə aparan qurumlardır və siyasi hakimiyyətdən asılı deyillər.

Xatırladaq ki, 25 noyabrda NABU nun direktoru Semen Krıvonos bildirib ki, “Midas” işi çərçivəsində yeni şübhəlilər barədə qərarlar verilə bilər və istintaqın daha da genişlənməsi gözlənilir.

Hazırda axtarışın səbəbi və nəticələri rəsmi olaraq açıqlanmayıb.

AzPolitika.info