Yerli su da “qlobal böhrana görə” bahalaşır?

2022-05-25 09:17:00

Yerli su da “qlobal böhrana görə” bahalaşır?

Bahalaşma günün reallığına çevrilib: az qala hər gün qiymətlərin qalxdığını görürük. Bir qayda olaraq qiymət artımı qlobal iqtisadiyyatda baş verən proseslərlə izah olunur. Amma maraqlıdır ki, yerli məhsullar da bahalaşır. Hətta Bakı ətrafında qablaşdırılan içməli suyun da qiyməti qalxırsa, bunun qlobal iqtisadiyyata nə aidiyyəti var?

Bu haqda Axar.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, yerli məhsulların bahalaşmasının səbəbi onların istehsalında istifadə olunan xammalın xaricdən gətirilməsidir:

“Yerli məhsulların qablaşdırılması və bəzi kompanentləri xaricdən alınır. Buna görə də qiymət artımı onlara da təsir göstərir. Hətta avadanlıqlar, onların detalları xaricdən gətirilir və əlbəttə ki, avadanlıq bahalaşarkən, məhsulun maya dəyərinə də təsir edir”.

İqtisadçı bildirib ki, Azərbaycanda tam tsikl yerli istehsal demək olar ki, yox dərəcəsindədir:

“Qiymət artımına logistika, enerji daşıyıcılarının bahalaşması və s. təsir edir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya