Saat:21:25
Haqqımızda

"Yerevanda səfirə təlimat birbaşa ABŞ-dan verilir" - POLİTOLOQ

2021-09-22 12:47:00

"ABŞ Ermənistan siyasətində baxışı bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir. ABŞ prezidenti C. Bayden və Dövlət katibi Blinkenin Ermənistanın müstəqilliyi günü münasibətilə ünvanladığı məktubda konkret olaraq Ermənistan Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar. İlk növbədə ABŞ belə bir ritorikaya getməməli idi".

Bunu "Hürriyyət.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Rəsmi Bakının Vaşinqtonla təmaslarını artırmalı olduğunu vurğulayıb:

"Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsindən rəsmi Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlərə, bağlı, həmçinin "status" məsələsi və Minsk qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla, rəsmi Yerevanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Baş nazir Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir.

Qeyd edim ki, ABŞ -ın Ermənistanda səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir. Həmçinin "status" məsələsinin vacibliyini qeyd edir. Görünür, Yerevanda səfirə təlimat birbaşa ABŞ-dan verilir. Yoxsa, səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi.

ABŞ bu mövqeyi rəsmi Yerevanın mövqelərinə təsir edəcək və Baş nazir Nikol Paşinyan Azerbaycanla hərhansı bir danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq. ABŞ, Fransanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan Minsk qrupu formatına qayıtmayacaq.  Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır. Vaşinqton və Bakı arasında soyuq rüzgarlar əsir. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalı, Ağ Ev və Dövlət Departamentinin siyasətində Azerbaycanla bağlı müsbət siyasətin formalaşmasına çalışmalıdır. Vaşinqtonla söz və diplomatik dartışma məqbul deyil. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalıdır".

 

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR